
ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini həmişə düşündüyünü deyib.
Yeniavaz.com xəbər verir ki, Amerika lideri bunu Səudiyyə Ərəbistanından havaya qalxdıqdan sonra prezident təyyarəsinin göyərtəsində jurnalistlərə müsahibəsində jurnalistin Tehrana yardıma görə İran və Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü və Ukraynadakı münaqişə ilə bağlı sualını cavablandırarkən deyib.
“Mən bu barədə danışmaq istəmirəm, amma hər zaman ikinci dərəcəli sanksiyaların mümkünlüyünü düşünürəm”, - ölkə başçısı deyib.
Amerika prezidentinin sözlərinə görə, İrana qarşı ikinci dərəcəli sanksiyalar ölkəni iflasa aparıb:
“Ümid edirəm ki, onlar düzgün qərar verəcəklər. Bu, çox sadədir: problem bu və ya digər şəkildə həll olunacaq. Onlar nüvə silahı əldə edə bilməzlər. Biz onlara nə sülh yolu ilə, nə də çox qeyri-dost yolla buna imkan verməyəcəyik”.
Xatırladaq ki, ABŞ prezidenti vəzifəyə gəldikdən sonra ilk dövlət səfəri üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanına gedib. Trampın Yaxın Şərq turuna Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərləri də daxil olacaq.