“ABŞ Zelenskinin NATO sammitinə dəvətinə qarşıdır” – KİV


“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunun 24-də Haaqada keçiriləcək NATO sammitinə dəvət edilməsinə qarşıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Demək olar ki, bütün müttəfiqlər bu qərarla bağlı Vaşinqtona çaşqınlıq ifadə ediblər”, - nəşrin mənbələrindən biri bildirib.
Qeyd edilib ki, mayın 14-ə qədər yalnız dörd qeyri-müttəfiq ölkə sammitdə iştirak etmək üçün dəvət alıb: Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya.
Agentlik əlavə edib ki, Ukraynanın sammitdə iştirakı məsələsi hələ də bağlanmayıb. Bu mövzu xarici işlər nazirlərinin Antalyada keçirilən toplantısında gündəmə gələ bilər.

DİGƏR XƏBƏRLƏR

Top