Kreml Putinin İrana gözlənilən səfərini açıqladı


“Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin dəqiq tarixləri hələlik razılaşdırılmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Kommersant”ın məlumatına görə, o, təsdiq edib ki, Rusiya liderinin İrana rəsmi və ya işgüzar səfəri ilə bağlı etibarlı dəvəti var.
“Tarixlər hələ razılaşdırılmayıb. Razılığa gələn kimi sizə məlumat verəcəyik”, - Peskov bildirib.
İran hökumətinin sözçüsü Fatimeh Mohacerani daha əvvəl bildirib ki, Vladimir Putinin İrana səfəri diplomatik kanallar vasitəsilə əlaqələndirilir. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Rusiya liderinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top