
Yapon avtomobil istehsalçısı “Nissan” zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11,000 iş yerini ixtisar edəcəyini və yeddi zavodunu bağlayacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Bildirilib ki, şirkətin iki ən böyük bazarı olan Çində satışların azalması və ABŞ-də tariflərin tətbiqi, “Honda” və “Mitsubishi” ilə isə təklif edilən birləşmə isə fevral ayında uğursuz olub.
Son ixtisarlar şirkətin keçən il elan etdiyi ixtisarların ümumi sayını təxminən 20 000 nəfərə və ya işçi qüvvəsinin 15%-nə çatdırıb. İşçilərin ixtisarının harada olacağı hələlik məlum deyil.
“Nissan”da dünya üzrə təxminən 133.500 işçi çalışır. Şirkətin baş icraçı direktoru İvan Espinosa bildirib ki, son ixtisarların üçdə ikisi istehsal, qalanları isə satış, inzibati vəzifələr, tədqiqat və müqavilə işçiləri olacaq.
Qeyd edək ki, son ixtisarlar, “Nissan”ın noyabr ayında qlobal istehsalı beşdə bir azaldacağını bildirdiyi qənaət tədbirlərinin bir hissəsi olaraq elan etdiyi 9,000 iş yerinin ixtisarına əlavədir.