Ronaldo “Sportinq”ə qayıda bilər


“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo gələn yay Səudiyyə klubu ilə müqaviləsi başa çatdıqdan sonra “Sportinq”ə qayıtmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “beIN Sports” telekaanlı məlumat yayıb.
Məlumata görə, portuqaliyalı futbolçunun qərarına “Əl-Nəsr”də kubokların olmaması təsir göstərə bilər.
Telekanalın məlumatına görə, 40 yaşlı futbolçu bir çox Avropa nəhənglərinin maraq dairəsində olan “Sportinq”də hücumçu Viktor Qyokeresi əvəz edə bilər.
Telekanalın bildirdiyinə görə, Ronaldo maaşının kəsilməsini qəbul etməyə hazırdır.
Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.
“ Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Xatırladaq ki, Ronaldo 1997-2003-cü illərdə üzvü olduğu “Sportinq” akademiyasının məzunudur.

DİGƏR XƏBƏRLƏR

Top