Sürücülər 4 ay ərzində 1,2 milyard manatlıq benzin və dizel alıblar


Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, satın alınan qeyri-ərzaq mallarının 6,3%-i və ya 1 milyard 156 milyon manatı avtomobil benzini və dizel yanacağının alınmasına sərf edilib.
Qeyd edək ki, avtomobil benzini və dizel yanacağının alınmasına sərf edilən vəsait əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top