“Mançester Siti” 2025/26 mövsümü üçün yeni ev formasını təqdim etdi


İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Puma” idman markasına aid olan 2025/2026 mövsümü üçün ev formasını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
“Klubun tarixində ilk dəfə olaraq, ev formasında məşhur “kəmər” - əvvəlki səfər formalarının simvolu olan diaqonal zolaq var”, - məlumatda deyilir.
Qeyd olunur ki, kişilərdən ibarət əsas komanda bu ilin yayında ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatında yeni ev forması ilə çıxış edəcək.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında dördüncü yerdədir. “Liverpul” vaxtından əvvəl liqa çempionu olub. “Mançester Siti” Çempionlar Liqasında da zəif çıxış edib və 2012/2013 mövsümündən sonra ilk dəfə turnirin 1/8 finalına yüksələ bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top