Azərbaycanın 41 yaşlı yeni Hərbi prokuroru kimdir? – Dosye


Xəbər verdiymiz kimi, Prezident İlham Əliyev imzaladığı Sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Yeniavaz.com
 xəbər verir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Bəhruz Əhmədov bu vəzifəyə kimi Baş prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb.
Ədliyyə polkovniki olan Bəhruz Əhmədov daha əvvəl Qazax Hərbi Prokuroru vəzifəsini icra edib. 2021-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top