
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Steven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremldə jurnalistlərə açıqlamasında Kiyev hakimiyyətinə 2022-ci ildə kəsdiyi birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib.
Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir.