“Zelenski yalnız Putinlə görüşəcək” – Podolyak


“Prezident Volodimir Zelenski İstanbulda yalnız Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır”.
Yeniavaz.com 
xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin müşaviri Mixailo Podolyak “The Breakfast Show” proqramının efirində bildirib.
Podolyakın sözlərinə görə, Zelenskinin Rusiya nümayəndə heyətinin digər üzvləri, xüsusilə də Putinin köməkçisi Vladimir Medinski ilə görüşməsi mümkün deyil.
Müşavir vurğulayıb ki, yalnız Vladimir Putin müharibənin davam etdirilməsi və ya dayandırılması barədə qərar qəbul edə bilər: “İstənilən başqa formatda keçirilən görüşlər mənasızdır və yalnız vaxt itkisinə səbəb olacaq”.
Qeyd edək ki, bazar günü Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu bəyan edib. Hazırda Rusiya Prezidenti Vladimir Putinin bu açıqlamaya münasibəti məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top