“Qızıl buts”a namizədlərin siyahısı açıqlandı


“Qızıl buts”a namizədlərin siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahıya 57 xalla Portuqaliyanın “Sportinq”indən Viktor Qyokeres başçılıq edir.
“Liverpul”un vingeri Məhəmməd Salah isə 56 xalla ikinci yerdədir.
“Qızıl buts”a üç namizəd arasına “Real Madrid”in futbolçusu Kilian Mbappe də daxil olub. Harri Keyn və Robert Levandovskini qabaqlayan Mbappe 54 xalla “Qızıl buts” yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, Mbappenin ölkə çempionatında hələ 3, Salahın 2, Qyokeresin isə 1 oyunu var.
Xatırladaq ki, bu kubok UEFA-ya daxil olan bütün milli çempionatlar arasında ən çox qol vuran oyunçuya verilir. Qazanılan qollar turnirin səviyyəsindən asılı olaraq 1, 1,5 və ya 2 əmsalı ilə vurulur.

DİGƏR XƏBƏRLƏR

Top