
Azərbaycan və Türkiyə müdafiə nazirləri Bakıda görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.


