
Müəllimlər üçün növbəti sertifikasiya imtahanları təşkil olunacaq.
Yeniavaz.com APA-ya istindla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 18-25 iyun tarixlərində coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.
“Ötən il birinci cəhddə uğursuz olanlar ikinci cəhd kimi həmin tarixlərdə imtahan verə biləcəklər. İmtahan vaxtı və yeri ilə bağlı əlavə məlumatlar sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetinə göndəriləcək”, - o bildirib.