
Kataloniya klubu “Barselona”nın 2026-cı ilin yayında “Mançester Siti”nin hücumçusu Erlinq Holanı almaq üçün iddialı planı var.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, kataloniyalılar artıq 175 milyon avro toplamaq üzərində işləyir.
Maraqlıdır ki, Holanın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədərdir və bəzi analitiklər satın alma maddəsinin mövcudluğunu şübhə altına alırlar.
Bununla belə, “El Nacional” belə bir bəndin mövcud olduğunu və “Barselona”nın bundan istifadə etməkdə ciddi olduğunu israr edir.
Digər tərəfdən, kataloniyalıların maddi vəziyyəti məsələni mürəkkəbləşdirir.
Nəşr xəbər verir ki, “Barselona” rəhbərliyi Holanı müqaviləsi gələn ilin yayında başa çatacaq Robert Levandovski erası bitdikdən sonra komandanı yeniləməkdə əsas fiqur kimi görür.
Həmçinin, Holanın hücumçu ilə maraqlanan “Real Madrid”dənsə “Barselona”nı üstün tutacağı haqda şayiələr yayılıb.
Qeyd edək ki, Holan bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 30 qol vurub.