
Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”in Türkiyədə təsis etdiyi “Paşa Yatırım Bankası A.Ş.” bu ilin ilk rübü ərzində 139 milyon 939 min lirə (3 milyon 606 min dollar) xalis mənfəət əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bankın açıqladığı maliyyə hesabatında yer alıb.
Hesabatda bildirilir ki, bankın ilin ilk 3 ayındakı faiz gəlirləri 548 milyon 790 min lirə (14 milyon 144 min dollar), faiz xərcləri isə 377 milyon 868 min lirə (9 milyon 739 min dollar) olub.
Qeyd edək ki, “Paşa Yatırım Bankası A.Ş.”nin səhmlərinin 71,75%-i (358 milyon 749 min lirə) “Paşa Holdinq” MMC-yə, 28,21%-i (141 milyon 46 min lirə) isə “Paşa Bank” ASC-yə məxsusdur. Səhmlərin 0,04%-i (205 min lirə) isə digər səhmdarlara aiddir.
Elnur Əli