Şuşaya hansı ölkələrin vətəndaşları səfər edib və nə qədər pul xərcləyiblər? – Tam siyahı


Bu ilin ilk 3 ayı ərzində 116 nəfər xarici ölkə vətəndaşı Şuşa şəhərində 116 gecə keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu ilin ilk 3 ayında Şuşada ən çox gecələyənlər Türkiyə və Rusiya vətəndaşları olub.
Belə ki, bu ilin yanvar-mart aylarında 26 Türkiyə vətəndaşı Şuşada 26 gecə, 24 Rusiya vətəndaşı isə 24 gecə qalıb.
Şuşada ən çox pul xərcləyənlər isə İspaniya vətəndaşları olub.
Bu ilin ilk 3 ayında Şuşaya 4 nəfər İspaniya vətəndaşı səfər edib və orada 4 gecə qalıblar. Onlar Şuşada ümumilikdə 2 min manat xərcləyiblər.
İspaniya vətəndaşlarından sonra Şuşada ən çox pul xərcləyənlər Çin və İtaliya vətəndaşları olub. Şuşada qalan hər bir Çin vətəndaşı orta hesabla 400 manat, hər bir İtaliya vətəndaşı isə orta hesabla 350 manat xərcləyib.
Şuşada ən az pul xərcləyənlər isə Rusiya və Qazaxıstan vətəndaşları olublar. Bu ölkələrin vətəndaşlarının hər biri Şuşada cəmi 50 manat xərcləyiblər.
Şuşada gecələyən xarici ölkə vətəndaşlarının sayı və bir nəfərin xərclədiyi vəsaitin orta məbləği aşağıdakı kimi olub:
İspaniya – 4 nəfər (bir nəfərin xərclədiyi orta məbləğ: 500 manat)
Çin – 1 nəfər (400 manat)
İtaliya – 2 nəfər (350 manat)
ABŞ – 4 nəfər (225 manat)
Yaponiya – 1 nəfər (200 manat)
Ukrayna – 9 nəfər (144 manat)
Gürcüstan – 9 nəfər (122 manat)
İraq – 18 nəfər (117 manat)
Almaniya – 5 nəfər (100 manat)
Böyük Britaniya – 1 nəfər (100 manat)
Pakistan – 2 nəfər (100 manat)
Polşa – 4 nəfər (100 manat)
Türkiyə – 26 nəfər (100 manat)
Türkmənistan – 1 nəfər (100 manat)
Rusiya – 24 nəfər (50 manat)
Qazaxıstan – 4 nəfər (50 manat)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top