Nazir neft-qaz hasilatı və ixracı ilə bağlı göstəriciləri açıqladı – Azalma var


Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 9,1 milyon ton, ixracı isə 7,8 milyon ton olub.
Yeniavaz.com
xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu dövrdə 16,7 milyard kubmetr qaz hasil edilib, 8 milyard kubmetr qaz isə ixrac olunub.
Müqayisə üçün bildirək ki, nazirin ötən ilin eyni dövründə açıqladığı məlumatda Azərbaycanda neft-kondensat hasilatının 9,6 milyon ton, ixracın isə 7,9 milyon ton, həmçinin 16,7 milyard kubmetr təbii qaz hasil edildiyi və 8,5 milyard kubmetrinin ixrac olunduğu göstərilib.
Nazirin açıqladığı məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda neft hasilatı 5,2%, neft ixracı 1,3% azalıb. Hesabat dövründə qaz hasilatında dəyişiklik olmasa da, təbii qazın ixracında 5,9% azalma olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top