Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək


Çin Latın Amerikası ölkələrinə 66 milyard yuan (9,2 milyard dollar) məbləğində kredit xətti ayırmağı planlaşdırır.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Prezidenti Si Tsinpin deyib.
O, bu barədə “Çin - Latın Amerikası və Karib hövzəsi dövlətlərinin icması” adlı forumun 4-cü nazirlər iclasının açılış mərasimində deyib.
Si Cinpinin sözlərinə görə, Çin region ölkələrindən daha yüksək keyfiyyətli məhsul idxal etmək istəyir.
“Biz Latın Amerikası və Karib hövzəsi dövlətlərinin inkişafını dəstəkləmək üçün daha çox investisiya axınını təşviq edəcəyik”, - Çin lideri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top