
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.
Bildirilib ki, ötən gün (12 may) infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Fotoda Samir Əliyev məhkəmədə hökm oxuyarkən
