
“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso "Real Madrid"lə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis iyunun 15-dən iyulun 13-dək davam edəcək və Amerika Birləşmiş Ştatlarında keçiriləcək Klublararası Dünya Çempionatı ilə “Real Madrid”də çalışacaq. Ötən həftə “Bayer Leverkuzen”in mətbuat xidməti komandanın baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.
Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Onun rəhbərliyi altında “Aspirin” komandası ötən mövsüm Almaniya çempionu olub və Almaniya kubokunu qazanıb.