Ərdoğan PKK-nın buraxılması qərarını mühüm addım adlandırdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror qruplaşmasınım ləğvi qərarını “Terrorsuz Türkiyə” məqsədinə çatmaq üçün mühüm addım adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“Biz “Terrorsuz Türkiyə” hədəfimizə çatmaq yolunda möhkəm addımlar atırıq. Bu gün daha bir kritik həddi keçdik. PKK-nın qərarını ölkəmizin təhlükəsizliyi üçün vacib hesab edirik. Yeni dövrün qapıları bütün sahələrdə açılacaq. Kəşfiyyat və digər bölmələrimiz PKK-nın gələcək tərksilah prosesini xüsusi diqqətlə izləyəcək”, - prezident deyib.
Xatırladaq ki, daha öncə terror təşkilatı qurultay keçirərək, özünü dağıtmaq və respublika hakimiyyəti ilə 50 ilə yaxındır davam edən silahlı qarşıdurmaya son qoymaq qərarına gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top