“Google” on ildən sonra loqosunu yenilədi


“Google” loqosunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “9 to 5 Google” məlumat yayıb.
Yeniləmə çərçivəsində loqodakı aydın rəng bölmələri bulanıq olanlarla əvəz edilib. Loqo indi daha çox “Google” tərəfindən hazırlanmış süni intellekt çatbotu olan “Gemini”nin loqosuna bənzəyir.
Şirkət loqonun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, sonuncu dəfə “Google” loqosunu 2015-ci ildə dəyişib. Onda şirkət kiçik “g” hərfini böyük “G” hərfi ilə əvəz edib.

DİGƏR XƏBƏRLƏR

Top