
Aktrisa Nina Qrebeşkova 95 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qrebeşkova Rusiya Federasiyasının əməkdar artistidir. Ümumilikdə o, filmlərdə 130-dan çox rol oynayıb.
Qrebeşkova ən məşhur rollarını yoldaşı Leonid Qaydayın filmlərində oynayıb: “Almaz qol”, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “Sportloto-82”, “12 stul”.
