
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Braziliya millisi ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, 65 yaşlı italiyalı mütəxəssis “Real Sosyedad”la çempionatın final oyunundan sonra İspaniyanı tərk edəcək.
Bildirilib ki, artıq yeni işəgötürənlə razılaşmalar əldə olunub və Ançelottini “pentakampeonlar” tarixində ilk əcnəbi edəcək sənədlər imzalanıb.
Qeyd edilib ki, Braziliya millisi 2026-cı il dünya çempionatına vəsiqə problemini qalan seçmə oyunlarında həll etməlidir. Kvalifikasiyanın bitməsinə 4 tur qalıb. Komanda 21 xalla dördüncü yerdədir və Cənubi Amerika zonasından 6 ən yaxşı komandanın turnirə vəsiqə qazanacağına zəmanət verilir.