
Tehran Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyir və İran onun gəlişinə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani “RİA Novosti”yə bildirib.
"Hazırda Putinin Tehrana səfəri üzərində iş gedir, hazırlıq göürülür", - o deyib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi aprelin ortalarında Moskvada keçirilən danışıqların yekunlarına əsasən bildirmişdi ki, Tehran Putinin 2025-ci ildə İrana səfərinə ümid edir. İranlı nazir Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməklə yanaşı, Rusiya prezidenti ilə də danışıqlar aparıb.