AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir


Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumatda qeyd olunur ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top