
NATO-nun baş katibi Mark Rutte mayın 13-də Türkiyəyə səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rutte mayın 14-15-də NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Alyansın mətbuat xidmətinin məlumatına görə, Rutte danışıqlardan sonra mətbuat konfransı keçirməyəcək.
Qeyd edək ki, bundan əvvəl NATO strukturlarındakı mənbə bildirib ki, NATO xarici işlər nazirlərinin Türkiyədə keçirilən görüşü Ukrayna üzrə mümkün danışıqlarla təsadüfən üst-üstə düşüb. Lakin NATO bundan Kiyevə mənəvi dəstək göstərmək və ya onunla dəstəkləyici məsləhətləşmələr aparmaq üçün istifadə etməyə cəhd edə bilər.
Ukrayna mövzusu Türkiyə görüşündə əsas mövzu olmayacaq. Yalnız mayın 14-də nazirlərin şam yeməyində bu məsələ qaldırıla bilər.