
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.