“Putini şəxsən Türkiyədə gözləyirəm” – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə keçiriləcək görüşə şəxsən gözlədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna” nəşri dövlət başçısının bəyanatına istinadla məlumat yayıb.
“Biz tam və davamlı atəşkəs gözləyirik. Bu, diplomatiya üçün zəruri bazanı formalaşdıracaq. Mən Putini Türkiyədə şəxsən gözləyəcəm”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, bu dəfə Rusiya tərəfinin danışıqlarda iştirak etməməsinə səbəb axtarmayacağına ümid edir.
Xatırladaq ki, mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın mayın 15-də İstanbulda sülh danışıqlarına başlamasını təklif edib.
Zelenski isə bu təklifə cavab olaraq bildirib ki, danışıqlara başlamazdan əvvəl tam atəşkəs təmin olunmalıdır. Bununla belə, ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı kifayət qədər sərt mövqe sərgiləyərək Ukraynanı Putinin təklifi ilə dərhal razılaşmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top