“ABŞ Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiyini bəyan edir” – Landau


ABŞ dövlət katibinin müavini Kristofer Landau Hindistan və Pakistan arasında son günlərdə yaranan təhlükəli gərginlik fonunda aparılan diplomatik səylərlə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Landau bildirib ki, Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens administrasiya üzvlərinə açıq şəkildə bildiriblər ki, əsas məqsəd sülhü təşviq etməkdir: “Bu yanaşma yalnız Hindistan və Pakistanla məhdudlaşmır – ABŞ hökuməti eyni zamanda Rusiya və Ukrayna, İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası və Ruanda, Azərbaycan və Ermənistan arasındakı münaqişələrdə də sülhü dəstəklədiyini bəyan edir”.
“Diplomatlar kimi və düzünü desəm, insanlar olaraq – biz müharibələrin qarşısını almağa və ya onları dayandırmağa çağırılmışıq. Fəxr edirik ki, komandamız bu gün bu vədi yerinə yetirə bildi və ehtiyatlılıq və təmkin nümayiş etdirdikləri üçün Hindistan və Pakistan rəhbərliyini alqışlayırıq”, – deyə Landau qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top