
“Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı birbaşa danışıqları qəbul etməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.
“Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya Prezidenti Putinin İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb və Türkiyənin qalıcı həllə gətirib çıxaracaq danışıqları qəbul etməyə hazır olduğunu bildirib”, - məlumatda bildirib.
“Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq”, - Ərdoğan qeyd edib.
Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Fransa Prezidenti Emmanuel Makronla telefonda danışıb.