Ronaldonun “Əl Nəsr”lə yeni müqavilə danışıqları tamamilə dayandırıldı

dünyanın ən yaxşı 10 bombardiri açıqlandı
Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldo ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, “Marca” bu barədə məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl mətbuatda 40 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanından olan komanda ilə iki illik yeni müqaviləyə razılıq verdiyi barədə xəbərlər yayılsa da, tərəflər arasında danışıqlar tamamilə dayanıb.
Qeyd edilib ki, “Əl-Nəsr”in rəhbərləri komandanın cari mövsümdəki nəticələrindən, eləcə də milli çempionatda “Əl-İttihad”a son məğlubiyyətdən sonra Ronaldonun davranışından narazı qalıb.
Xatırladaq ki, Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in heyətində 28 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top