
Bakı şəhərinin Sabunçu rayonununda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.