Bu ölkədə şahmat qadağan edildi


Əfqanıstandakı “Taliban” hakimiyyəti şahmatı rəsmi şəkildə qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, hakimiyyət bunu şahmatın “İslam normalarına zidd olması” ilə əlaqələndirib.
Onların fikrincə, şahmat qumar oyunudur və onların dini etiqadı ilə uyğun gəlmir.
“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı digər tədbir keçirilməyib. Federasiya rəsmilərinin əksəriyyəti ölkəni tərk edib”, - Şahmat federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib.
Bundan sonra yerli şahmatçılar İdman İdarəsinə müraciət edərək, turnirlərin keçirilməsinə icazə verilməsini və federasiyaya dəstək verilməsini xahiş ediblər. Cavab olaraq onlara şahmat federasiyasını hüquqi statusundan məhrum edən və oyunu “haram” bir əməl kimi qadağan edən əmir fərmanının olduğu barədə məlumat verilib.  
Qeyd edək ki, Əfqanıstanda beş FİDE ustası və altı FİDE ustalığına namizəd olmaqla, 11 titullu şahmatçı var.

DİGƏR XƏBƏRLƏR

Top