“Səbail” Premyer Liqanı tərk etdi


Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Səbail” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Davit Volkov vurub.
“Qartallar” bu nəticədən sonra 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Dənizçilər” isə 22 xalla sonuncu – 10-cu sırada yer alıb.
Bununla da “Səbail” mövsümün bitməyinə iki tur qalmış Misli Premyer Liqasını tərk edib.
Onların ən yaxın izləyicisi “Kəpəz”in 29 xalı var.

DİGƏR XƏBƏRLƏR

Top