Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı


Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qaldığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə TV24-ün efirində danışıb.
Nazir bildirib ki, bəhs olunan hadisə təxminən 4-5 il əvvəl, o hələ Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri olarkən baş verib. Hakan Fidanın sözlərinə görə, onu zəhərləmək istəyiblər:
“Mənə həddindən artıq arsen və civə verdilər, sonradan testlər də bunu sübut etdi. Təxminən 4-5 il əvvəl idi”.
XİN rəhbəri sui-qəsdə təşəbbüsün kim tərəfindən edildiyini isə açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top