
Böyük Britaniya hökuməti cümə günü Rusiyanın “kölgə donanmasından” 100-ə qədər tankeri sanksiyalar siyahısına əlavə edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumat yayıb.
Məlumata görə, tankerlər Rusiyanın neft ixracatının “kölgə donanmasının” əsasını təşkil edir və 2024-cü ilin əvvəlindən 24 milyard dollar dəyərində neft nəql edib.
Böyük Britaniya artıq Rusiya neftini daşıyan onlarla tankerə qarşı sanksiyalar tətbiq edib.
Agenrliyin məlumatına görə, Baş nazir Kir Starmer yeni sanksiyalarla bağlı qərarı bu gün Norveçin paytaxtı Osloda Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Hollandiya, Böyük Britaniya və İsveç kimi 10 ölkəni birləşdirən Birgə Ekspedisiya Qüvvələrinin (JEF) nümayəndələrinin sammitində açıqlayacaq.
Birgə Ekspedisiya Qüvvələrində iştirak edən ölkələrin liderləri digər məsələlərlə yanaşı, sualtı infrastrukturun mühafizəsini də müzakirə etmək üçün cümə günü Osloda görüşürlər.