İlham Əliyev ekvadorlu həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top