Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib


Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüş başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, Çin lideri məhdud və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.
Ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən 7,5 saat davam edib. Nümayəndə heyətləri arasında məhdud və geniş tərkibdə danışıqlar 3,5 saata yaxın davam edib.
Bu müddət ərzində Putin və Si Cinpin həmçinin mətbuat qarşısına çıxmağa və təntənəli şəraitdə iki birgə bəyanat imzalamağa nail olublar. Nümayəndə heyətləri mühüm sənədlər paketi, o cümlədən hökumətlərarası saziş imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top