
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, hökumət başçısı Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirak edəcək.
Qeyd edək ki, Ermənistan Baş naziri bir gün əvvəl parlamentdə jurnalistlərlə söhbətində Rusiya paytaxtında Qələbə Paradında iştirak edəcəyini təsdiqləmişdi.