
Bir qrup tanınmış ziyalı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunun azad olunması ilə bağlı Prezidentə müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.
Müraciəti imzalayanlar aşağıdakılardır:
Adil Qeybulla - Professor
Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri
Məmməd İsmayıl - Şair
Rüstəm Behrudi - Şair
Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi
Qulu Məhərrəmli - Professor
Erkin Qədirli - Millət vəkili
Eldəniz Quliyev - Ssenarist, kinodramaturq
Hilal Məmmədov - Hüquq müdafiəçisi
Qorxmaz İbrahimli - İctimai xadim
Sərdar Cəlaloğlu - ADP sədri
MirMahmud Mirəlioğlu - KXCP sədri
Bahəddin Həzi - Yazıçı-publisist