“Türk Hava Yolları” Pakistana uçuşları ləğv etdi


“Türk Hava Yolları” regiondakı vəziyyətlə əlaqədar mayın 8-i və 9-da Pakistana və Pakistandan uçuşlar həyata keçirməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
“Asiyadakı siyasi qeyri-sabitliklə əlaqədar mayın 8-i cümə axşamı və 9 may cümə günü İslamabad və Lahora uçuşlarımız ləğv edilib”, - məlumatda bildirilib.
Məlumata görə, nəticədə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı reys yerinə yetirilməyəcək.
Şirkətdən verilən məlumata görə, mayın 7-dək bu istiqamətlər üçün alınmış biletlər əlavə ödəniş etmədən geri qaytarıla və ya başqa tarixlərə keçirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top