
Məşhur türkiyəli məşqçi Ərtoğrul Sağlam Azərbaycandan təklif aldığını açıqlayıb.
Yeniavaz.com Türkiyə KİV-ə istindla xəbər verir ki, Sağlam “Kocaelispor”da işlədiyi dövrdə Azərbaycandan təklif aldığını bildirib.
O dövrdə “Beşiktaş”dan təklif alması ilə bağlı iddialara cavab verən 55 yaşlı mütəxəssis, təkcə “Beşiktaş”dan deyil, müxtəlif klublardan təklif aldığını etiraf edib.
“Madam ki, bu məsələni gündəmə gətirdiniz, sizə deyim. Azərbaycandan və Superliqadan təkliflər aldım. Bununla belə, vəzifə başında idim və bütün diqqətimi “Kocaelispor”a vermişdim. Buna görə də, həmin təklifləri qəbul etmədim”, - deyə Sağlam bildirib.
Qeyd edək ki, Ərtoğrul Sağlam 2024-cü ilin dekabrında “Kocaelispor”la yollarını ayırıb. Hazırda o, klubsuzdur.