
“Napoli”nin baş məşqçisi Antonio Konte mövsümün sonunda klubu tərk edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TuttoMercato” nəşri məlumat yayıb.
Məlumata görə, Konte klubun transfer siyasətindən narazıdır.
Nəşr onu da yazır ki, italiyalı mütəxəssislə Turinin “Yuventus” klubu maraqlanır. Belə ki, Konte artıq 2011-2014-cü illərdə “Yuventus”a rəhbərlik edib.
Nəşrin məlumatına görə, onu Neapolitan klubunda “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri əvəz edə bilər.
Qeyd edək ki, 35 turdan sonra “Yuventus” A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. “Napoli” isə eyni sayda matçdan sonra İtaliya çempionatının lideridir.