
Bu gün Azərbaycan hökumətinin vasitəçiliyi ilə Azərbaycanın paytaxtı Bakıda Türkiyə ilə İsrail arasında danışıqlar aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İarailin “Kan” televiziyası məlumat yayıb.
Bildirilib ki, İsrail danışıqlar zamanı iki əsas tələb irəli sürəcək: birincisi, Suriya ilə sərhədi yaxınlığında onun təhlükəsizliyini təhdid edə biləcək hər hansı hərbi qüvvənin olmamasının təmin edilməsi; ikincisi, Suriyanın İsrailə birbaşa təhlükə yarada biləcək strateji silahlardan azad olduğunu təsdiqləmək.
Bakıda keçiriləcək danışıqların deeskalasiya və regionda iki əsas ölkə arasında münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olacağı gözlənilir.