
Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Təəssüf ki, bizə xəbər gəldi ki, İlham Əliyev gəlməyəcək. İzah etdilər ki, Heydər Əliyevə həsr olunmuş daxili tədbirlərdə iştirak etməlidir”, - Uşakov deyib.
Qeyd edilib ki, Laos lideri Thonqlun Sisulitin də Moskvaya səfəri də ləğv edilib. O, koronavirus infeksiyasına görə tədbirləri buraxacaq.