
Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
TASS agentliyi isə yazır ki, Vuçiçin təyyarəsinin Bakıya eniş etmə səbəbi yanacaq doldurma ilə bağlı ehtiyacdır.
***16:29
Rusiyaya səfərə gedən Serbiya Prezidenti Aleksandr Vuçiçin uçduğu təyyarə Ukraynadakı müharibə və Rusiya hava məkanında döyüş vasitələrinin hərəkətləri səbəbindən Azərbaycanda məcburi eniş etməli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnformer” nəşri məlumat yayıb.
“Moskvaya gedən hava yolu bağlanıb, döyüş əməliyyatları uçuşa mane olub”, - nəşr yazır.
Qeyd olunub ki, Serbiya Prezidentinin təyyarəsi təhlükəsizlik riskləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təsiri və münaqişə zonasında təyyarənin qarşısını almaq imkanı səbəbindən Rusiya hava məkanına daxil ola bilməyib.
“Hazırda Şərqi Avropada artan gərginlik və hərbi əməliyyatlar nəzərə alınaraq, Moskvaya uçuş təhlükəli elan edilib və prezidentin səfəri Azərbaycanın paytaxtı Bakıda dayandırılıb”, - məlumatda deyilir.