Tramp Fars körfəzini Ərəb körfəzi adlandırmaq istəyir


ABŞ Prezidenti Donald Tramp ABŞ-də dil normasında dəyişiklik ediləcəyini elan etmək və Fars körfəzinin Ərəb körfəzi adlandırılmasını təklif etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "2Associated Press" agentliyinə hökumətdəki mənbələrdən məlumat verilib.
Onların sözlərinə görə, Tramp qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etməyi planlaşdırır.
Ərəb dövlətləri özləri toponimin adının dəyişdirilməsi qərarında israrlıdırlar.
Qeyd edək ki, Ağ Evin sahibinin coğrafi adları dəyişmək niyyəti ilk dəfə deyil. Belə ki, yanvarın sonunda Tramp Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi ilə bağlı fərman verib. BMT isə bu məsələ ilə bağlı bildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir dövlətin səlahiyyətinə aid deyil.

DİGƏR XƏBƏRLƏR

Top