Hacıqabulda bəzi əraziləri su basıb – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Yeniavaz.com
qurumun mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.
“Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib”, - məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top