
İsrail Hərbi Hava Qüvvələri Livanın Nəbatiyyə rayonunda “Hizbullah” hərəkatının Bədr bölməsinin səhra komandiri Adnan Məhəmməd Sadiq Hərbi zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Adnan Məhəmməd Sadiq Hərb “Hizbullah” hərəkatının Bədr qolunun maddi-texniki təminat qüvvələrinin komandiri olub. O, “Hizbullah”ın terror potensialının bərpasına töhfə verib və Litani çayının cənubunda terrorçu infrastrukturun bərpası səylərinə kömək edib”, - məlumatda qeyd edilib.
Mətbuat xidmətinin məlumatına görə, o, Livan ərazisindəki silahların “Hizbullah”ın müxtəlif bölmələrinə ötürülməsində iştirak edib və onun fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasına xidmət edib.